Dünya

Pentaqon: “ABŞ Ukraynadakı vəziyyəti Rusiyanın strateji uğursuzluğuna çevirməyi planlaşdırır”

Sharing is caring!

ABŞ Ukraynadakı vəziyyəti “Rusiyanın strateji uğursuzluğu”na çevirmək istəyir.

Bunu mayın 2-də Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander bəyan edib.

“Birləşmiş Ştatlar hökumətinin Rusiya ilə, eləcə də Avropanın təhlükəsizliyi, Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı əsas məqsədi bu böhranın Rusiya üçün strateji uğursuzluqla başa çatmasıdır”, – deyə o, Vaşinqtonda Atlantika Şurasındakı seminarda çıxış edərkən bildirib.

Uollanderin fikrincə, Qərbin sanksiyaları zaman keçdikcə bütövlükdə Rusiya iqtisadiyyatına, xüsusən də onun müdafiə sənayesinə daha güclü zərbə vuracaq.

“Qərb Rusiya hakimiyyətini öz xalqı və dünya ictimaiyyəti qarşısında məsuliyyətə cəlb etməyə çalışacaq”, – deyə Pentaqon rəsmisi əlavə edib.

Mənbə: kp.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir