Dünya

“McDonalds” Rusiyaya qayıtmağı düşünür

Sharing is caring!

Bu ilin aprelində Amerikanın Orlando şəhərində “McDonald’s” fast food şəbəkəsi rəhbərlərinin geniş toplantısı keçirilib. Toplantıda şirkətin baş direktoru Kris Kapçinski korporasiya qarşısında çıxışında tez bir zamanda Rusiyada müəssisələrin açılmasının önəmli olduğunu deyib. Bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən “Daily Storm” xəbər verib.

Rusiya nümayəndəliyinin baş direktoru Oleq Paroyev də restoranların tez bir zamanda açılması variantının nəzərdən keçirildiyini bildirib. “McDonald’s”ın bütün işçilərini saxladığı və onların maaşlarını verməyə davam etdiyi qeyd edilib. Şirkətin Rusiyada fəaliyyətini bərpa etməzdən əvvəl rebrendinqdən keçəcəyi də istisna olunmur.

“Ad, qablaşdırma və digər istiqamətlərdə müəyyən dəyişikliklərin olacağı istisna olunmur ki, o, keyfiyyət baxımından sevimli “McDonald’s olaraq” qalsın, lakin görünüşü ilə Amerika məhsulundan fərqlənsin” – deyə mənbələrdə deyilir.

“McDonald’s” restoranları Rusiyada martın 14-dən etibarən fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Əvvəllər məlum olmuşdu ki, Rusiyada bu qapanma səbəbindən iaşə şəbəkəsi milyonlarla dollar zərərə məruz qalıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir