Dünya

Evlilik təklifi etmək istədi, üzük kanalizasiyaya düşdü – VİDEO

Sharing is caring!

Nyu-York polisi nişan üzüyünü kanalizasiyaya salmış kişini axtarır.

Bu barədə Nyu-York Polis Departamentinin “Tvitter” səhifəsində bildirilir.
Qeyd olunur ki, Manhettenin mərkəzi Taymz Skverdə evlilik təklifi edən kişinin əlindən kanalizasiyaya düşən üzük tapılıb: “O (gəlin) “hə!” dedi, lakin kişi o qədər həyəcanlı idi ki, üzüyü kanalizasiyaya saldı”.
Polis Departamenti bildirib ki, üzüyü sahibinə qaytarmaq istəyir. Qurumun “Tvitter” səhifəsində həmçinin üzüyün fotosu və həmin anın video görüntüsü yayılıb.(unikal)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir