Dünya

Başı ağrıdığı üçün xəstəxanaya getdi, ani səhvin qurbanı oldu – DƏHŞƏT…

Sharing is caring!

ABŞ-da yaşayan yaşlı qadın baş ağrısı şikayəti ilə getdiyi xəstəxanada tibb bacısının sakitləşdirici yerinə edam məhkumlarına verilən iynəni vurması nəticəsində həyatını itirib. Baş verən hadisədən sonra yaşlı qadının ailəsi xəstəxananı məhkəməyə verib.

Adı açıqlanmayan 75 yaşındakı qadın baş ağrısı şikayəti ilə Vanderbilt Universiteti xəstəxanasına gedib. Tibb bacısı qadına müayinə olunmadan əvvəl sakitləşməsi üçün iynə vurub.

İynənin təsiri ilə danışma qabiliyyətini itirən qadının əvvəl iflic olduğu daha sonra da ciyərlərinin funksiyasını itirdiyi və infarkt keçirdiyi qeyd olunub.

Xəstəxana rəsmiləri isə bu cür halların olmaması üçün tibb bacılarına təhsil verdiklərini və bu səhvi edən tibb bacısının çox təcrübəli bir tibb bacısı olduğunu bildirib. (moderator)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir