Dünya

COP28 Sədrliyi: “Öhdəliklərin yerinə yetirilməsi istiqamətində irəliləyiş əldə edilməlidir” – FOTO

Sharing is caring!




“Ölkələr üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi istiqamətində irəliləyiş əldə etməlidirlər”.

Oxu.Az xəbər verir ki, bu barədə COP28 Sədrliyinin Yer Günü münasibətilə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Yer Gününü qeyd edərkən biz planeti gələcək nəsillər üçün qorumaqdan ötrü kollektiv məsuliyyətimiz haqqında düşünürük. İqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər həyata keçirməklə qiymətli planetimizi qorumaq üçün davamlı gələcəyə yol açırıq. İndi COP28-də götürülmüş öhdəliklər üzrə irəliləyiş əldə etmək və BƏƏ Konsensusunun həyata keçirilməsinə dair dinamikanı saxlamaq vaxtıdır”, – paylaşımda qeyd olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir