Dünya

“PSJ” doğma meydanda “Lion”u darmadağın etdi

Sharing is caring!




Fransa çempionatının 30-cu turunun matçında “PSJ” öz stadionunda “Lion”a 4:1 hesabı ilə qalib gəlib.

Oxu.Az xəbər verir ki, ilk hissədə rəqiblər ikisinə beş qol vurublar. Artıq oyunun əvvəlində Lukas Beraldo “PSJ”nin qolunu vurub, Nemanya Matiç isə topu öz qapısına göndərib. Həmçinin, Qonsalu Ramuş dubl edib, “Lion”un heyətində isə Ernest Nuama fərqlənib. Fasilədən sonra tabloda hesab dəyişməyib.

“PSJ” “Liqa 1”in turnir cədvəlində inamla liderlik etməyə davam edir. “Lion” isə səkkizinci yerdədir.

Fransa çempionatının növbəti turunda “PSJ” “Loryan”, “Lion” isə “Monako” ilə qarşılaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir