Dünya

İsrail Hərbi Hava Qüvvələri Livana zərbələr endirib

Sharing is caring!




İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubundakı bir sıra “Hizbullah” hədəflərinə zərbələri endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Zərbələr Xiam bölgəsindəki terror infrastrukturu obyektləri, eləcə də əlavə iki hərbi obyekti hədəf alıb. Həmçinin bildirilib ki, əsgərlər təhlükəni aradan qaldırmaq üçün ərazidə atəş açmağa məcbur olublar.

“Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Kfarkela bölgəsində aşkar edilən iki “Hizbullah” terrorçusunu məhv edib”, – deyə bəyanatda bildirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir