Dünya

Mixail Leontyev: “Makron fransızın karikaturasıdır” – MÜSAHİBƏ

Sharing is caring!




Son aylar Fransa dünyanın bir çox ölkələrinə, o cümlədən Azərbaycana qarşı aqressiv və təmkinsiz siyasət nümayiş etdirərək Qərbin, bəlkə də, əsas “şahini”nə çevrilib. Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ümumilikdə Fransa Prezidenti Emmanuel Makronu “Crocus City Hall”dakı terror aktının sponsoru adlandırıb. Bundan bir neçə gün sonra Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona ölkəsinin XİN rəhbərinin Rusiya tərəfi ilə bağlı açıqlamalarının qəbuledilməz olduğu bildirilib.

“Fransız məsələsi”ni Oxu.Az-a rusiyalı politoloq, publisist, teleradio aparıcısı, Rusiyanın ən məşhur jurnalistlərindən biri Mixail Leontyev şərh edib:

– Müharibədən sonrakı Avropada ən subyektiv ölkə Fransa idi. Böyük Britaniya imperiyasının dağıdılması səbəbindən dərin böhrana düşdü və ABŞ bu işdə çox “yardımçı” oldu. Almaniya məğlub edilmiş bir güc, işğal edilmiş bir ölkə idi, yeri gəlmişkən, hələ də işğal altında qalır (“Almaniyanın işğalı”, “sıfırıncı illər” – Qərbi Avropada İkinci Dünya müharibəsi başa çatdıqdan sonra keçmiş nasist Almaniyasının mövcudluğu dövrü – 1945-49-cu illərdə Almaniya ərazisi SSRİ, Böyük Britaniya, ABŞ və Fransanın hərbi idarələrinin nəzarəti altında idi – red.). Son onilliklərin hadisələri göstərdi ki, Almaniyanın işğalı nominal xarakter daşımayıb, çünki onun öz iqtisadi maraqlarına malik ölkə yaratmaq cəhdləri ABŞ tərəfindən vəhşicəsinə yatırılıb.

İndi Ukrayna ətrafında və əslində, ABŞ və Rusiya arasında baş verən hər şeyin əsas geosiyasi mahiyyəti Avropanın subyektivliyinin məhv edilməsidir. Dövlətlər Avropa və bütün dünya üçün uğurlu iqtisadi rəqib ola bilərdilər, lakin indi düzgün rəqabət üçün ilkin şərtlər artıq itirilib. Hazırda sanksiyalar və iqtisadi terror (infrastruktur obyektlərinin bombalanmasını xatırlayın) transatlantik rəqabət vasitəsinə çevrilib.

Şarl de Qollun (Beşinci Fransa Respublikasının qurucusu və ilk prezidenti – red.) dövründən Fransa Avropa subyektivliyinin özəyini təşkil edirdi, amma indi onu itirdiyini görürük. Bu vəziyyəti Ermənistanın durumu ilə müqayisə etmək olar. İstər Ermənistanda, istərsə də Fransada infantilizm, seçici məsuliyyətsizliyi hökm sürür.

Biz Fransada bu qədər kinli, manipulyativ siyasi sistem görməmişdik. Qollçuların və neo-qollçuların davamçısı Nikola Sarkozinin yıxdığı Jan-Mari Le Pen olmalı idi. Onu xırda, hay-küyçü satqın adlandırmaq olar, amma indi bu, ədalətsizlik olardı, çünki digər Fransa prezidentləri Sarkozidən qat-qat pis çıxdılar. Fransua Olland, ondan sonra isə bir fransızın karikaturası adlandıra biləcəyimiz Emmanuel Makron peyda oldu.

Bir vaxtlar Fransanın keçmiş prezidenti Valeri Jiskar d’Esten “Fransızlar. Xalqın taleyi haqqında düşüncələr” kitabında yazmışdı ki, fransızlar öz tarixləri ilə zəhərləniblər və başa düşə bilmirlər ki, dünya əhalisinin cəmi 1%-ni təşkil edirlər. “Qeyri-adi düşüncənin yüngüllüyü”nə aludə olan bu fransız təkəbbürü Fransanı üçüncü dəfədir ki, tamamilə yararsız liderlər seçməyə aparır.

Emmanuel Makron da bütün fransızlar kimi narsistdir (narsistlər həddindən artıq özünəvurğun olur və özlərini hamıdan üstün tuturlar – red.). Və burada Ermənistanla birbaşa analogiya var: orada da seçicilər Nikol Paşinyanı iki dəfə seçiblər.

– Amma Makron Ermənistanda çox şey qazandı, Fransa oraya nüfuz etdi…

– …xüsusi bir şey edə bilməyib. Sadəcə olaraq, oxşar “dərinliyə” və “fundamental” baxışlara malik iki şəxs (Makron və Paşinyan) bir-birini tapdı.

Paşinyana gəlincə, o, Qərbin özünə cəlb etdiyi satqındır. ABŞ əbəs yerə Ermənistanda nəhəng səfirlik saxlamır ki. Nikol Paşinyan konkret tapşırıqla gəlib, o, rəngli inqilabın klassik məhsuludur. Yeri gəlmişkən, Paşinyan bu inqilabı Rusiyaya ixrac etməyə çalışıb. Rəngli inqilabların necə ediləcəyi ilə bağlı rus dilində broşürlər nəşr etdilər. Bunlar daha çox degeneratlar arasında populyar olan, Paşinyanın portretləri ilə bəzənmiş “rəngli komikslər” idi. Bu, təbii ki, Ermənistanın müttəfiqi olan Rusiyaya qarşı çox “dostyana” hərəkət idi.

Makrona qayıdaq. İlf və Petrovun qeyd dəftərlərində belə bir ifadə var: “Onun üzündə şərəfsizin həyasız təbəssümü vardı”. Bu, öz hərəkətlərinin nəticələrinə görə məsuliyyət daşımayacağına əmin olan Fransa prezidentinə aiddir. Baş naziri xarici işlər nazirinin əri, üstəlik bunların ikisinin də kişi olduğu ölkədən nə istəyirsiniz? İnsanların cinsi, bioloji kimliyi yoxdursa, siyasi kimliyi də ola bilməz. Onların əsas anlayışları məhv olur.

– Sizcə, niyə Paris Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanmanın təkərləri altında daş qoymağa çalışır?

– Bu, manipulyasiya və özünüifadə üsuludur. Bölgədə rol oynamaq istəyirlər, ona görə də pislik edirlər.

Yeri gəlmişkən, ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün Türkiyəyə təsir etməyi özünə mövqe seçib. Fransa Moskvanın təsirini azaltmaq üçün Ermənistana təzyiq edir və qisasını alır. Unutmayın ki, Fransa Osmanlı və Rusiya imperiyalarını bir-birinə qarşı qoymaqda əsas qəhrəman idi.

Ermənistan və Azərbaycanla bağlı vəziyyət Qərb üçün ideal idi. Rusiya seçim qarşısında idi: ya Bakını, ya da İrəvanı itirməli idi. Amma Paşinyan Rusiya üçün seçimi asanlaşdırdı: əvvəlcə Moskvanı stimullardan, sonra isə Ermənistan qarşısında hansısa öhdəlikləri yerinə yetirmək imkanından məhrum etdi, yəni o vaxta qədər də bizdə qeyd olunan stimullar artıq qalmadı.

Yeri gəlmişkən, qeyd etmək istərdim ki, Fransanın regionda fəallaşması Azərbaycanı səfərbər olmağa vadar edir.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir