Dünya

Liviya neft hasilatına görə Afrikada lider oldu

Sharing is caring!




Liviya son 10 ildə ilk dəfə olaraq Nigeriyanı keçərək neft hasilatına görə Afrikada birinci ölkə olub.

Məlumata görə, son 10 ildə ilk dəfə olaraq, Nigeriya neft hasilatını sabit saxlamaqda çətinlik çəkir. Belə ki, martda Liviya gündəlik 1,32 milyon barel, Nigeriya isə 1,23 milyon barel neft hasil edib.

Bildirilir ki, Liviya hakimiyyət orqanları son aylarda hasilatı durmadan artırır, Nigeriya isə bərbad infrastruktur və vandalizmlə üzləşir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir