Dünya

Çikaqoda atışma: Ölən və yaralananlar arasında uşaqlar da var

Sharing is caring!




Çikaqoda atışma nəticəsində üçü azyaşlı olmaqla, yeddi nəfər yaralanıb.

Hadisə “Arxa həyət” adlanan ərazidə baş verib.

Məlumata görə, bir qrup naməlum şəxs 52-ci küçə və Cənubi Damen prospekti yaxınlığında insanlara atəş açıb.

Hadisə şahidləri təxminən 18 atəş eşitdiklərini bildiriblər.

Atışma nəticəsində yeddi yaşlı qızın öldüyü də bildirilir. O, başından güllə yarası alıb. Daha bir azyaşlı xəstəxanadadır, həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər. Bundan başqa, daha bir yeddi yaşlı uşaq xəsarət alıb.

Atəş açan şəxsin tutulması ilə bağlı hələlik məlumat yoxdur. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparırlar.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir