Dünya

İsraildən qisas əməliyyatı: “Hizbullah”ın obyektinə zərbə endirildi – VİDEO

Sharing is caring!




İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı “Hizbullah”ın hərbi obyektinə hücum edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib.

Hərbçilər zərbənin hədəfinin “Hizbullah”ın böyük silah istehsal edən obyekti olduğunu bildiriblər.

Ordu hədəfin Livan ərazisinin dərinliklərində, Beyrutdan 55 kilometr şərqdəki Nəbi Şit kəndi yaxınlığında olduğunu dəqiqləşdirib.  

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir