Dünya

“Barselona”dan minimal hesablı qələbə – VİDEO

Sharing is caring!




İspaniya çempionatının 31-ci turunun “Kadis” – “Barselona” matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, Kadisdəki (İspaniya) “Nuevo Mirandilya” stadionunda keçirilən görüş 1:0 hesabı ilə Kataloniya klubunun xeyrinə başa çatıb. Bu, “Barselona”nın La Liqada ardıcıl 4-cü qələbəsidir.

37-ci dəqiqədə künc zərbəsindən sonra yeganə qolu “Barselona”nın və Portuqaliya millisinin hücumçusu Joau Feliks vurub.

İspaniya çempionatında keçirdiyi 31 oyundan sonra 70 xal toplayan “Barselona” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Kadis” isə eyni sayda oyundan sonra 25 xalla 18-ci yerdədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir