Dünya

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Sharing is caring!




İranın İsrailə hücumu təhlükəsi ilə əlaqədar Almaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri İranı tərk edirlər.

İranı tərk edəcək Almaniya vətəndaşının dəqiq sayı hələ ki məlum deyil.

Bundan başqa, Almaniyanın Tehran və Təl-Əvivdəki səfirlikləri tərəfindən də əlavə təhlükəsizlik tədbirləri görülür. Vaşinqton, Paris və Berlin bu həftəsonu İranın İsrailə mümkün hücumunu gözləyir.

İranın hücumu ilə bağlı iki əsas variant nəzərdən keçirilir: İsraildə və ya ondan kənarda konkret hədəfə istiqamətlənmiş zərbə və ya İsrail ərazisinə irimiqyaslı raket hücumları.

Qeyd edək ki, daha əvvəl Almaniya Xarici İşlər Nazirliyi bütün Almaniya vətəndaşlarına İranı mümkün qədər tez tərk etməyə çağırıb. Niderland da həmçinin Tehrandakı səfirliyinin bağlandığını elan edib.

Mənbə: “BILD”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir