Dünya

Şotlandiyadan NASA-ya qeyri-adi müraciət: Göldə əjdahanı tapmaq üçün kömək istədilər

Sharing is caring!




Lox Ness Mərkəzinin mütəxəssisləri göldə yaşayan əjdahanı tapmaq üçün ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) müraciət ediblər.

Rəvayətə görə, o, Şotlandiyanın şimalındakı Lox-Ness gölündə yaşayır.

“Biz ümid edirik ki, NASA mütəxəssisləri göldə axtarış aparmaq üçün bəzi qabaqcıl təsvir texnologiyasına sahib ola bilərlər”, – Lox Ness Mərkəzinin marketinq meneceri Eymi Todd bildirib.

Qeyd olunub ki, NASA hələlik bununla bağlı sorğuya cavab verməyib.

Verilən məlumata görə, axtarışlar mayın 30-dan iyunun 2-dək aparılacaq.

2023-cü ildə Almaniya, İspaniya, ABŞ, Finlandiya və Fransa da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın insanın iştirak etdiyi 50 il ərzində ən böyük əjdaha axtarışı aparılıb. Həmin vaxt mütəxəssislər ilk dəfə bir neçə müasir geodeziya alətindən istifadə ediblər. Lakin Lox Ness əjdahasının axtarışları nəticə verməyib.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir