Dünya

Türkiyə Superliqasında əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunacaq

Sharing is caring!




Türkiyə Superliqasının XXXII turundan mövsümün sonuna qədər vacib oyunlarda əcnəbi VAR (Video Yardımçı Hakim sistemi) hakimlərinin xidmətindən istifadə olunacaq.

Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

TFF-nin İtaliya, İspaniya, Almaniya, Niderland ve Portuqaliya futbol federasiyalarına bununla bağlı müraciəti müsbət cavablandırılıb.

XXXII turun “Ankaragücü” – “Qaziantep”, “Fatih Karagümrük” – “Fənərbağça” və “Alanyaspor” – “Qalatasaray” görüşlərinə əcnəbi VAR hakimləri dəvət olunacaqlar.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir