Dünya

Kim Çen In: “Vaxtdır, ciddi hazırlaşmalıyıq, bu, sadəcə, müharibə olmayacaq”

Sharing is caring!




“Müharibəyə hər zamankından daha çox hazırlaşmağın vaxtı gəlib”.

Bu barədə KXDR lideri Kim Çen In atasının adını daşıyan Kim Çen İr Hərbi-Siyasi Universitetində çıxışı zamanı bəyan edib.

“Cəmiyyətdə zorakılıq, silahlı münaqişələrin sayı artır. Eyni zamanda, KXDR ətrafında qeyri-sabit və qeyri-müəyyən hərbi-siyasi vəziyyət qalır. Bu, indi müharibəyə həmişəkindən daha hazır olmağın vaxtının çatdığını göstərir”, – deyə o bildirib.

Kim Çen Inın sözlərinə görə, düşmən KXDR ilə hərbi qarşıdurmaya girərsə, ölkə əlində olan bütün imkanları səfərbər edəcək.

“Əgər düşmənlər bizimlə hərbi qarşıdurmanı seçsələr, biz, şübhəsiz ki, bütün imkanlarımızdan istifadə edərək, onları çəkinmədən məhv edəcəyik. İndi müharibəyə hərtərəfli hazırlıq görmək lazımdır. Hazırlıqlar daha da etibarlı və qüsursuz olmalıdır, bu, sadəcə, bir müharibə deyil, qalib gəlməyin lazım olduğu müharibədir”, – deyə Kim Çen In vurğulayıb.

Mənbə: News.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir