Dünya

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

Sharing is caring!




Vatikan cinsiyyətin dəyişdirilməsi, gender nəzəriyyəsi və surroqat (daşıyıcı) analıq, həmçinin abort və evtanaziyaya qarşı olduğunu təsdiqləyib.

Bununla bağlı məlumat doktrinal ofis (DDF) tərəfindən verilən “Sonsuz ləyaqət” (Dignitas infinita) bəyannaməsində yer alıb.

Sənədə əsasən surroqat analıq həm ananın, həm də uşağın ləyaqətini pozur. Cinsiyyətin dəyişdirilməsinə gəldikdə isə, qeyd olunub ki, hər hansı bu cür müdaxilə, ümumiyyətlə, ana bətnində yarandığı anından bir insanın sahib olduğu unikal ləyaqəti təhlükə altına almaq riski daşıyır.

Mətndə həmçinin abort, evtanaziya və ölüm hökmü də pislənir. Bundan əlavə, cinsi zorakılıq insan ləyaqətinə təhlükə kimi qeyd edilib.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir