Dünya

Afrika ölkəsində “AKINCI” dönəmi: Türkiyəyə təşəkkür – FOTO/VİDEO

Sharing is caring!




Burkina-Faso ordusu Türkiyənin “AKINCI” hücum PUA-sını alıb. Bu münasibətlə ölkədə təntənəli mərasim keçirilib.

Tədbirdə Burkina-Faso Prezidenti İbrahim Traore də iştirak edib.

O, “AKINCI”nın ölkənin müdafiə qabiliyyətini daha da gücləndirəcəyini bildirib.

“Burkina-Fasonun müdafiəsi türkiyəli “Bayraktar AKINCI”ya həvalə edilib. Ölkəmizdə sözügedən PUA-lar, hətta istehsalçıları tərəfindən proqnozlaşdırılan standartlardan xeyli yüksək uğurlu performans nümayiş etdiriblər. “AKINCI”lar sınaq prosesləri zamanı terrorla mübarizəmizi fəal şəkildə dəstəklədilər. Əməkdaşlığımızın memarı olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm”, – deyə Traore bildirib.

Mənbə: SavunmaSanayiST.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir