Dünya

ABŞ-də 11 sentyabr hücumu miqyasında terror aktı riski

Sharing is caring!




ABŞ-li sahibkar və iş adamı İlon Mask bildirib ki, ölkəyə miqrant axını fonunda 11 sentyabr faciəsi miqyasında yeni terror aktı zaman məsələsidir.

O, fikirlərini “X” sosial şəbəkəsində paylaşıb.

Mask ABŞ-nin cənub sərhədindəki böhranın həll edilmədiyi təqdirdə “11 sentyabr hücumu” səviyyəsində növbəti faciənin mümkün ola biləcəyini söyləyən ABŞ-li iş adamı və ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə keçmiş namizədi Vivek Ramasvaminin postunu şərh edib.

“Bu, yalnız zaman məsələsidir”, – deyə Mask yazıya şərh buraxıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir