Dünya

İsrailin xarici işlər naziri: Türkiyənin sanksiyalarından sonra cavab tədbirləri görüləcək – YENİLƏNİB + FOTO

Sharing is caring!




“Qəzza zolağında yaranmış vəziyyət fonunda Türkiyənin sanksiyalarından sonra İsrail cavab tədbirləri görəcək”.

Bunu İsrailin xarici işlər naziri İsrael Katz deyib.

“İsrail zorakılığa və qəsblərə boyun əyməyəcək, ticarət razılaşmalarının birtərəfli pozulmasına dözməyəcək və Türkiyəyə qarşı Türkiyə iqtisadiyyatına zərər verəcək paralel tədbirlər görəcək. Mən İsrailin ixracına mane olacaq məhsulların daha bir siyahısının hazırlanmasını əmr etmişəm”, – deyə Katz bildirib.

Diplomat həmçinin hesab edir ki, Ankaranın tətbiq etdiyi məhdudiyyətlərlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xalqının iqtisadi maraqlarını HƏMAS-ın xeyrinə qurban verir. Katz Türkiyə məhsullarının idxalını məhdudlaşdırmaq üçün ABŞ də daxil olmaqla üçüncü ölkələrə təsir göstərməyə çalışacağını bildirib.

Mənbə: iz.ru

14:12

Türkiyə Ticarət Nazirliyi İsrailə 54 məhsul qrupu üzrə ixrac məhdudiyyəti qoyub.

Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“Türkiyə 9 aprel 2024-cü il tarixindən etibarən ilkin mərhələdə “Əlavə”də göstərilən məhsul qrupları üzrə malların İsrailə ixracını məhdudlaşdırmaq qərarına gəlib. Bu qərarın tələbləri Ticarət Nazirliyi tərəfindən dərhal icra ediləcək. Bu qərar, İsrailin beynəlxalq hüquqa əsaslanan öhdəlikləri çərçivəsində Qəzzada dərhal atəşkəs elan edənə, Qəzza zolağına kifayət qədər miqdarda və fasiləsiz humanitar yardımın daxil olmasına icazə verənə qədər qüvvədə qalacaq”, – deyə paylaşımda bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir