Dünya

Var-dövlətləri müsadirə olunan türkiyəli fenomen cütlüyün müvəkkili intihar etdi

Sharing is caring!

Məşhur türkiyəli fenomenlər Özlem və Təyyar Öz cütlüyünün müsadirə olunan şirkətlərinə təyin edilən müvəkkil intihar edib.

Bünyamin Ergün adlı müvəkkil intihar məktubu yazaraq İstanbulun Başakşehir rayonunda yerləşən evində həyatına son qoyub.  

“Olduqca çox pislik var, heç kimin günahı yoxdur. Nə etdimsə, özümə etdim”, – deyə o, məktubda qeyd edib və özünü binanın 9-cu mərtəbəsindən atıb.

 Bünyamin Ergünün ailəsi ilə problemlər yaşadığı məlum olub. Onun son zamanlar depressiyaya düşdüyü iddia edilib.

Xatırladaq ki, Özlem və Təyyar Öz cütlüyü haqqında 4 ayrı cinayət işi üzrə istintaq başladılıb. Cütlüyə qarşı “Cinayət törətmək üçün təşkilat yaratmaq”, “Rəsmi sənədləri saxtalaşdırmaq”, “Mal varlığı dəyərlərinin qeyri-qanuni mənbəyini gizlətmək” və “Vergi Prosessual Qanununu pozmaq” maddələri üzrə iş qaldırılıb. Cütlüyün Səhiyyə Nazirliyinin icazəsi olmadan məhsul satdıqları, FETÖ ilə əlaqələri olduğu və soyadlarını da dəyişdirdikləri iddia edilib.  

Cütlüyün var-dövləti müsadirə edilib və şirkətlərinə müvəkkil təyin edilib.

Mənbə: Haber Global  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir