Dünya

Putin və Ərdoğan Rusiya-Türkiyə münasibətlərini müzakirə ediblər

Sharing is caring!

Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb, ikitərəfli münasibətlərin inkişafı, eləcə də Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Türkiyə dövlət başçısı Vladimir Putini Rusiya prezidenti seçkisində inamlı qələbəsi münasibətilə təbrik edib və ona Rusiya xalqının rifahı naminə hökumət fəaliyyətində yeni uğurlar arzulayıb. Söhbət zamanı çoxşaxəli Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi maraqları naminə gələcəkdə də sıx fəaliyyət üçün qarşılıqlı istək ifadə olunub”, – deyə məlumatda bildirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir