Dünya

Ukrayna ilə həmsərhəd ölkədə NATO-nun ən böyük hərbi bazası tikilir: Minlərlə hərbçi yerləşdiriləcək – FOTO

Sharing is caring!

Rumıniya ərazisində NATO-nun Avropada ən böyük hərbi bazası tikilir.

Rumıniya Hərbi Hava Qüvvələrinin 57-ci aviabazasının genişləndirilməsi əsasında tikilən baza 2040-cı ilə qədər istifadəyə verilə bilər. 

Bu barədə Rumıniya Televiziyasından (tvrinfo.ro) məlumat verilib.

Telekanal qeyd edib ki, Mixail Koqelniçanu kəndində (ölkənin cənub-şərqindəki Konstansa bölgəsi) inşa olunan baza bir neçə min hektar ərazini əhatə edəcək və burada 10 min NATO əsgəri və onların ailələri, həmçinin bazanın yardımçı heyəti yerləşdiriləcək. Rumıniya dövləti layihəyə 2,5 milyard dollar sərmayə qoyub.

2,8 min hektarlıq nəhəng hərbi kompleksdə aerodrom infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur ki, buraya uçuş-enmə zolaqları, yeni idarəetmə qülləsi, radiomayak və radionaviqasiya sistemi, uçuş simulyatoru və anqarlar da daxil olacaq. Bundan əlavə, ərazidə inzibati və sosial binalar, məktəb və uşaq bağçaları, mağazalar, restoranlar, kinoteatr və xəstəxana olacaq.

Hərbi bazanın qurulması qərarı Rumıniya sərhədləri yaxınlığında son iki ildə davam edən Ukrayna-Rusiya müharibəsi fonunda qəbul edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir