Dünya

“Trabzonspor” – “Fənərbağça” matçından sonra 12 nəfər saxlanıldı – VİDEO

Sharing is caring!

Ötən gecə “Trabzonspor” – “Fənərbağça” matçından sonra yaşanan qalmaqala görə 12 nəfər saxlanılıb.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.

“Super Liqada “Trabzonspor” – “Fənərbağça” matçından sonra baş verən hadisələrlə bağlı ilkin təsbitlərə görə, 12 nəfər saxlanılaraq nəzarət altına alınıb və barələrində lazımi araşdırmalar aparılır. 

İndiyədək müəyyən edilən 12 şəxs barəsində məhkəmə və inzibati proseslərə başlanılıb. İstintaq davam edir”,  – deyə nazir bildirib.

Xatırladaq ki, ötən gecə “Fənərbağça”nın 3:2 qalib gəldiyi matçdan sonra “Trabzonspor” azarkeşləri qonaq futbolçulara hücum ediblər və futbol arenası döyüş meydanına çevrilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir