Dünya

İspaniyada fermerlər traktorlarla Madridin mərkəzi küçələrini bağlayıblar

Sharing is caring!

İspaniyalı fermerlər Madriddə etiraz aksiyaları keçirərək paytaxt küçələrinin bir hissəsini traktorlarla bağlayıblar.

Qeyd olunub ki, nümayişin saat 8:30-da başladığı və yerli vaxtla 16:00-da (Bakı vaxtı ilə saat 12:30-dan 20:00-a qədər) başa çatacaq. Paytaxta müxtəlif şəhərlərdən – Kuenka, Qvadalaxara, Toledo, Avila və Burqosdan 5 fermer kolonu gəlib.

Texnikalar müxtəlif istiqamətlərdən paytaxta daxil olub və yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 14:30) San Xuan de la Kruz meydanında bir yerə yığılıblar. Onların marşrutunun ölkənin Kənd Təsərrüfatı Nazirliyinin binasında başa çatacağı qeyd olunub.

Xatırladaq ki, Madriddə sonuncu nümayiş fevralın 21-də baş tutub.

Mənbə: El Mundo

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir