Dünya

Belqorod atəşə tutuldu: Ölənlər və yaralananlar var – FOTO/VİDEO

Sharing is caring!

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətini atəşə tutması nəticəsində üç nəfər ölüb, üç nəfər yaralanıb.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov xəbər verib.

Yük maşınına mərmi düşməsi səbəbindən o, sərnişin avtobusuna çırpılıb, nəticədə bir kişi və bir qadın ölüb.

Başqa bir qadın oğlu ilə itləri yedizdirməyə gedərkən binanın yaxınlığında baş verən partlayış nəticəsində həlak olub. Həkimlər oğlunun həyatı üçün mübarizə aparırlar – onun başının arxasında, çiynində və döş qəfəsində qəlpə yaraları var.

Qladkovun sözlərinə görə, daha iki kişi qapalı kəllə-beyin xəsarətləri alıb. Onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Həmçinin, yeddi çoxmərtəbəli bina və 15 maşına zərər dəyib.

Sosial şəbəkələrdə partlayışlardan birinin baş verdiyi anın görüntüləri paylaşılıb.

Mənbə: İnterfaks.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir