Dünya

“Kalmar oyunu”nun 80 yaşlı aktyoruna hökm oxundu

Sharing is caring!

“Kalmar oyunu” serialındakı təqaüdçü rolu ilə tanınan aktyor O Yen Sunun təcavüz iddiası üzrə məhkəməsi başa çatıb.

Yerli məhkəmə 80 yaşlı sənətçini 8 ay şərti həbs cəzasına məhkum edib. O Yen Su, eyni zamanda, təcavüzkarlar üçün nəzərdə tutulmuş proqramı tamamlamalıdır.

Qeyd edək ki, 2021-ci ilin dekabrında bir qadın aktyora qarşı məhkəmə iddiası qaldırıb. Qadın Yen Sunun 2017-ci ildə ona toxunduğunu iddia edib. 2022-ci ilin aprelində iş ittiham irəli sürülmədən bağlanıb, lakin qadın apellyasiya şikayəti verib və istintaq yenidən başlayıb. Aktyorun özünün dediyinə görə, o, qadınla əl-ələ tutub ona gölün ətrafında necə gəzdiyini göstərib. O, ittihamları rədd edərək, artıq qadından üzr istədiyini və bu üzrxahlığı təqsirinin etirafı hesab etmədiyini bildirib.

Mənbə: Yonhap

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir