Dünya

Somalidə hotelə hücum: Deputatlar və digər hökumət nümayəndələri yaralanıblar – VİDEO

Sharing is caring!

Somalinin paytaxtı Moqadişoda prezident sarayının yaxınlığında yerləşən SYL hotelinə radikal “Əş-Şəbab” qruplaşması silahlı hücum edib. Nəticədə hökumət nümayəndələri yaralanıblar.

Bu barədə yerli mediada görüntülər paylaşılıb.

Bildirilir ki, qruplaşma üzvləri hotelin daxilinə silahlı basqın edib, binanın yaxınlığında isə avtomobili partladıblar.

“Paytaxt Moqadişoda intiharçı terroristin avtomobilinin partlaması və hotelin ələ keçirilməsi nəticəsində Somalinin federal parlamentinin üzvləri də yaralanıblar”, – deyə məlumatda vurğulanıb.

Həmçinin qeyd olunub ki, Xüsusi Polis Qüvvələrinin (Harmaad) rəisi, Moqadişoda SMS televiziyasının direktoru, Somali Ədliyyə Nazirliyinin baş direktoru və ölkə hökumətinin nümayəndəsi də yaralananlar arasındadır.

Mənbə: Moqadisho24

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir