Dünya

Təbrizdə futbol yarışından sonra güneyli fəallar saxlanılıblar – FOTO

Sharing is caring!

Dünən Güney Azərbaycanın “Traktor” və Tehranın “Havadar” futbol komandaları arasında baş tutan qarşılaşmadan sonra üç güneyli fəal tutulub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, güneyli fəallar Səməd Heydəri, Əmin və Əmir Təqizadə Təbrizin Səhənd stadionundan çıxarkən İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.

Hələlik onların tutulma səbəbi və haraya aparılması bəlli deyil.

Qeyd edək ki, dünən keçirilən futbol yarışında güneyli azarkeşlər milli şüarlar səsləndiriblər.

Oyunda 4:2 hesabı ilə “Traktor” futbol komandası qələbə qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir