Dünya

Fransa Futbol Federasiyası Ramazan ayında matçlar zamanı iftarla bağlı qərarını açıqladı

Sharing is caring!

Fransa Futbol Federasiyası Ramazan ayı ərzində matçlar zamanı iftar üçün əlavə fasilələrə icazə verməyəcək.

Federasiya bununla bağlı mövqeyində qaldığını bildirib. Qeyd edilib ki, rəhbərlik keçən il olduğu kimi, bu il də rəsmi şəxslərə elektron məktub göndərməyib, lakin Ramazanda oyunçuların matçlar zamanı iftar etmələrinə icazə verilməsi üçün də hər hansı xüsusi tədbir görülməyəcək.

Federal Məhkəmə Komissiyasının (CFA) rəhbəri Erik Borqini qeyd edib ki, keçən il üzrə təlimatlar qüvvədə qalır, ancaq bu mövzuda polemika yaratmamaq və təxribatlardan yayınmaq məqsədilə rəsmi məlumat verilmir.

Mənbə: Frenchfootballweekly.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir