Dünya

Buz üstündə güləş: “Çikaqo” – “Anahaym” oyununda kütləvi dava düşdü – VİDEO

Sharing is caring!

ABŞ Milli Hokkey Liqasının (NHL) müntəzəm mövsümünün Çikaqo şəhərində keçirilən “Blekhouks”-“Anahaym” oyununun 50-ci dəqiqəsində kütləvi dava baş verib.

“United Center”in buz meydançasında keçirilən qarşılaşmanın 50-ci dəqiqəsində oyunçular arasında düşən davaya görə qapıçılar Petr Mrazek və Con Gibson cəzalandırılıblar.

Onlar qapını tərk etdikləri üçün iki dəqiqəlik, qeyri-idman hərəkətinə görə isə on dəqiqəlik cəza alıblar.

Qeyd edək ki, meydan sahibi “Blekhouks” “Anahaym”a 7:2 hesabı ilə qalib gəlib.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir