Dünya

Qurban Qurbanovun namizəd göstərildiyi vəzifəyə TƏYİNAT – FOTO

Sharing is caring!

Maurisio Sarrinin “Latsio” klubunun baş məşqçisi postundan istefa verdikdən sonra komanda yeni baş məşqçinin təyin olunduğunu açıqlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Klub əldə olunan məqsədlərə və görülən işlərə görə məşqçiyə təşəkkür edir, ona şəxsi və peşəkar həyatında uğurlar arzulayır.

Klub komandanın rəhbərliyini Covanni Martuşelloya həvalə etmək qərarına gəldiyini açıqlayır”, – “Latsio”nun açıqlamasında qeyd olunub.

Qeyd edək ki, “Latsio” 2023-2024 mövsümü üçün İtaliyanın A Seriyasının turnir cədvəlində 9-cu yerdədir. Komanda 28 görüşdə 40 xal toplayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə və bir sıra KİV-də “Latsio” klubunun “Qarabağ”ın hazırkı baş məşqçisi Qurban Qurbanovla maraqlandığı barədə məlumatlar yayılmışdı. “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumatları təkzib etmişdi.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir