Dünya

Paşinyan “Zvartnots” hava limanındakı rusiyalı sərhədçilərlə bağlı danışdı

Sharing is caring!


“Zvartnots” hava limanındakı erməni sərhədçilər artıq kifayət qədər təcrübə toplayıblar ki, burada sərhəd xidməti Rusiya tərəfinin köməyi olmadan həyata keçirilsin”.

Erməni KİV-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, erməni tərəfi Rusiya Sərhəd İdarəsi ilə əlaqə saxlayıb və onlara müstəqilliyin əvvəlindən indiyədək göstərdikləri xidmətə, sərhədlərin mühafizəsində göstərdikləri köməyə görə təşəkkür edib.

Paşinyan, həmçinin qeyd edib ki, Ermənistanın dövlət institutları inkişaf edir və müstəqil xidmət göstərmək üçün artıq təcrübə toplayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir