Dünya

Orban: “Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün kifayət qədər planları var”

Sharing is caring!


“ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq planı var”.

Bunu jurnalistlərə müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.

“Onun bu müharibəni bitirmək üçün kifayət qədər ətraflı planları var, lakin bu planların mahiyyəti haqqında danışmaq səlahiyyətinə malik deyiləm”, – o əlavə edib.

Orban qeyd edib ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədliyini irəli sürən keçmiş Amerika lideri Donald Tramp Ağ Evə qayıdarsa, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyəcək və Avropanın təhlükəsizliyinə vəsait ayırmayacaq.

Qeyd edək ki, martın 8-də Macarıstan hökumətinin başçısı Trampla onun Floridadakı malikanəsində görüşüb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir