Dünya

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Onlarla şəsx saxlanıldı – VİDEO

Sharing is caring!


İraq İslam Şam Dövləti (İŞİD) terror təşkilatına qarşı Türkiyədə həyata keçirilən “Bozdoğan-11” əməliyyatında 33 şübhəlinin ələ keçirildiyi açıqlanıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir “X” (keçmiş “Twitter”) hesabında etdiyi paylaşımda əməliyyatın Sakarya bölgəsində aparıldığını bildirib.

Əməliyyat nəticəsində dörd sənədsiz tapança, iki sənədsiz tüfəng, külli miqdarda xarici valyuta, çox sayda qadağan olunmuş nəşrlər və təşkilati sənədlərin ələ keçirildiyi qeyd olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir