Dünya

Britaniyanın hərbi donanmasının flaqman gəmisində yanğın olub

Sharing is caring!


Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin flaqmanı olan “HMS Queen Elizabeth” təyyarədaşıyan gəmisində yanğın baş verib.

Hadisə gəmi Şotlandiyanın Qlenmullan limanında olarkən yaşanıb.

“Gəmi yanğından cüzi ziyan görüb və yanğın artıq söndürülüb”, – Kral Hərbi Dəniz Qüvvələrinin sözçüsü bildirib.

Məlumata görə, yanğın təyyarədaşıyan gəminin qarderobunda baş verib. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, texniki problemlərə görə NATO-nun “Steadfast Defender 24” təlimində iştirak edə bilməyən “HMS Queen Elizabeth” təyyarədaşıyan gəmisi təmir üçün Şotlandiyanın Rosayt şəhərindəki gəmiqayırma zavoduna göndərilir. O, burada təmir olunacaq. Hazırda gəmi sursatları boşaltmaq üçün dəniz anbarlarının yerləşdiyi Qlenmullanda dayanıb.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir