Dünya

“F-16” qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb

Sharing is caring!


“F-16” qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb.

Bu barədə ABŞ-də səfərdə olan Türkiyənin Xarici işlər naziri Hakan Fidan Vaşinqtonda türkiyəli jurnalistlərlə görüşündə deyib.

O, ABŞ hakimiyyətinin bu məsələ ilə bağlı fikir ortaya qoyduğunu bildirib. “Konqres bu məsələ ilə bağlı məlumatlandırılıb. Texniki məsələlərin həllindən sonra müdafiə nazirləri və aidiyyəti qurumlar gələcək məsələlərin müzakirəsini davam etdirəcək”, – deyə Fidan qeyd edib.

Nazir, həmçinin “F-35” qırıcıları ilə də bağlı prosesin davam etdiyini vurğulayıb.

“Türkiyə-ABŞ münasibətləri problemləri həll etməyə imkan verir”, – deyə Hakan Fidan əlavə edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir