Dünya

Misirə silah arxasınca gedən Paşinyan məyus qayıtdığını etiraf etdi – FOTO

Sharing is caring!


Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə hakim “Vətəndaş sazişi” Partiyasının nümayəndələri ilə qapalı görüşündə Misirə ikigünlük rəsmi səfərindən məyus olduğunu gizlətməyib.

Bu barədə erməni KİV-də yazı dərc edilib.

Nəşr bildirib ki, bu, Misir prezidentinin ötən ilin yanvarında Ermənistana səfərinə cavab səfəri olub. Lakin hakimiyyət Paşinyanın səfərinə müəmma və həddindən artıq ciddiyyət qatmağa çalışıb, hətta silah alqı-satqısına dair sövdələşmənin müzakirəsinin mümkünlüyü barədə də şayiələr yayılıb.

“Lakin baş nazir səfəri sıradan bir səfər adlandırıb və hətta məyusluğunu belə gizlətməyib ki, bu səfərdən dövlət vəsaitinin israf edilməsindən başqa heç nə əldə edilməyib”, – deyə nəşr bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir