Dünya

Husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etdilər – FOTO

Sharing is caring!


Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatı Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmisinə və ABŞ-nin bir neçə eskadrilya gəmisinə hücum edib.

Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya husilərə məxsus “Al Masirah” telekanalında yayımlanan çıxışında bildirib.

“Yəmən Hərbi Dəniz Qüvvələri iki yüksəkkeyfiyyətli hərbi əməliyyat həyata keçirib. Əməliyyat zamanı Ədən körfəzində ABŞ-nin “Propel Fortune” ticarət gəmisinə gəmi əleyhinə raketlərlə zərbələr endirilib, həmçinin 37 pilotsuz uçuş aparatından istifadə etməklə Qırmızı dəniz və Ədən körfəzində ABŞ-nin bir neçə eskadrilya gəmisinə hücum olunub”, – deyə Sariya qeyd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir