Dünya

ABŞ Milli Qvardiyasının helikopteri qəzaya uğradı: Hərbçilər həlak oldular – FOTO

Sharing is caring!


ABŞ Milli Qvardiyasının helikopteri Texasda qəzaya uğrayıb.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi məlumat verib.

Məlumata görə, hadisə nəticəsində üç nəfər – iki əsgər və sərhəd xidmətinin bir əməkdaşı ölüb, bir əsgər yaralanıb.

“Lakota UH-72” helikopteri ABŞ-Meksika sərhədi yaxınlığında, Texas ştatının La-Qrulla şəhərində qəza edib.

Hazırda hadisə yerində işlər davam edir.

“Lakota UH-72” helikopteri EADS Avropa aerokosmik konserni tərəfindən istehsal edilən yüngül çoxfunksiyalı helikopterdir və ilk uçuşunu 2006-cı ildə həyata keçirib.

Mənbə: Profile.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir