Dünya

Yadplanetlilərin Yer kürəsini ziyarət etməsi iddiaları ilə bağlı Pentaqondan AÇIQLAMA

Sharing is caring!


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yadplanetlilərin Yer kürəsini nə vaxtsa ziyarət etdiyinə dair heç bir sübut tapmayıb.

Bu barədə ABŞ hakimiyyət orqanlarının naməlum anomal hadisələrin tədqiqi ilə bağlı fəaliyyəti haqqında hesabatında deyilir.

Sənəd ABŞ-də aparılan bütün rəsmi araşdırmalara, eləcə də məxfi və açıq dövlət arxivlərinin müvafiq məzmununa ümumi baxışı təqdim edir.

Mətndə qeyd edildiyi kimi, yadplanetli uçan gəmilər haqqında xəbərlər əslində şahidlər tərəfindən yanlış identifikasiyanın nəticəsidir.

“Bütün məxfilik səviyyələrində aparılan araşdırmalar göstərdi ki, müşahidələrin əksəriyyəti əslində adi obyektlər və hadisələrlə bağlı olub”, – deyə hesabatda bildirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir