Dünya

La Liqa: “Barselona” üç xalı tək qolla aldı – VİDEO

Sharing is caring!


İspaniya La Liqasında 28-ci tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk matçda “Barselona” “Malyorka”nı qəbul edib.

Estadio Olimpikodakı oyun ev sahiblərinin üstünlüyü ilə keçib.

İlk hissədə Gündoğan penalti fürsətindən yararlana bilməyib. Lakin ikinci hissədə Yamal katalonları sevindirib. Qarşılaşma elə bu nəticə ilə də başa çatıb – 1:0.

Hazırda Xavinin yetirmələri 61 xalla ikinci yerdə qərarlaşıblar. 27 xala malik “Malyorka” isə 15-cidir. La Liqaya 66 xalla “Real Madrid” başçılıq edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir