Dünya

İcraçı direktor: “Ayrı-seçkilik, islamofobiya günümüzün reallığıdır”

Sharing is caring!


“Bakıda artıq ikinci dəfədir keçirilən konfransda beynəlxalq səviyyədə islamofobiyaya qarşı mübarizə kontekstində nələr edə biləcəyimiz müzakirə ediləcək. Yaşadığımız dövrdə ayrı-seçkilik, islamofobiya günümüzün reallığıdır. İnsanlara qarşı diskriminasiya, nifrət nitqi, təcridolunma kimi problemlər bizim həyatımızı çətinləşdirir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda hər kəs dünyada müsəlmanların təcrid olunması və onlara qarşı ayrı-seçkiliyin şahidi olur: “Xüsusilə Qərb ölkələrində bu hallara rast gəlinir. Müsəlmanlara qarşı mənfur əməllərə davam edirlər. Biz hamımız sülh içərisində yaşaya bilərik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir