Dünya

Şimali Koreya “düşmənin paytaxtını” vura bilən artilleriya təlimləri keçirib

Sharing is caring!


Şimali Koreya Xalq Ordusunun bölmələri Kim Çen Inın rəhbərliyi altında irimiqyaslı artilleriya təlimləri keçirib.

Məlumata görə, təlim çərçivəsində Seula zərbə endirməyə qadir olan uzaqmənzilli silahlardan atəş açılıb.

Təlimlərdə KXDR Müdafiə Nazirliyinin rəhbəri Kanq Sun Nam və KPA Baş Qərargahının rəisi Li Yonq Gil də iştirak ediblər. Manevrlər “düşmənin paytaxtını hücuma məruz qoyan” uzaqmənzilli artilleriya birləşmələrinin atəşi ilə başlayıb. Onların məqsədinin artilleriya bölmələrinin atəş zərbəsi endirmək qabiliyyətini sınaqdan keçirmək və qiymətləndirmək olduğu bildirilir.

Mənbə: kommersant

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir