Dünya

İnsanın cazibədarlığını artıran qidalar AÇIQLANDI

Sharing is caring!


Səhər yeməyi rafinə olunmuş karbohidratlarla zəngin olan insanlar günə daha sağlam yeməklə başlayanlara nisbətən daha az cəlbedici görünürlər.

Bu barədə Fransanın Monpellye Universitetinin alimləri apardıqları araşdırmadan sonra elan ediblər.

Tədqiqatda rafinə olunmuş və olunmamış karbohidrogenlərlə zəngin qida qəbul edən 20-30 yaş arası 104 nəfər iştirak edib.

Rafinə olunmuş karbohidratlı səhər yeməyinə fransız bageti, cem, alma və ya portağal suyu, şəkərli çay və ya qəhvə daxil olub. İkinci halda, səhər yeməyinə kərə yağı və pendirli tam taxıl çörəyi, portağal və ya alma, şəkərsiz çay və ya qəhvə daxil edilib.

Tədqiqatçılar səhər yeməyindən əvvəl və sonra iştirakçıların qan şəkərinin səviyyəsini ölçüblər, sonra insanların üzlərinin şəkillərini çəkiblər və görüntüləri onların nə qədər cəlbedici olduğunu müəyyən edəcək qruplara ötürüblər. Nəticələr göstərdi ki, səhər yeməyində rafinə edilmiş karbohidratlar yemək kişilər və qadınlar arasında üz cəlbediciliyini azaldır.

“Pəhriz seçimlərimizin görünüşümüzə bu qədər sürətli təsir göstərməsi heyrətamizdir. Bu cür fizioloji dəyişikliklər üz cizgilərini incə şəkildə dəyişdirə bilir” – deyə təkamülçü bioloq və araşdırma müəlliflərindən biri Kler Bertikat vurğulayıb.

Alimlər bu fərqin qan şəkəri və insulin səviyyələrindəki dəyişikliklərlə əlaqələndiriblər, bildiriblər ki, bu dərinin görünüşünə, həmçinin cinsi hormonlara uzunmüddətli təsir göstərir.

Mənbə: Focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir