Dünya

Yaponiya uçan avtomobillərin istehsalına başlayır

Sharing is caring!


Yaponiyanın “Suzuki” və “Skydrive” şirkətləri uçan avtomobilin istehsalına başlayıblar.

Məlumata görə, “Skydrıve” (SD-05) Osakada keçiriləcək “Expo 2025” sərgisində təqdim edilməsi planlaşdırılır.

“Biz altı aydan çoxdur ki, istehsala hazırlaşırıq. Və biz hava nəqliyyatı inqilabına rəhbərlik etmək üçün daha çox çalışmaqda davam edəcəyik”, – deyə “Skydrive”ın baş direktoru Tomohiro Fukuzava bildirib.

Qeyd edək ki, “Skydrive” (SD-05) pilot da daxil olmaqla üç nəfərə qədər insan daşımaq üçün nəzərdə tutulub. Model 12 elektrik mühərriki ilə təchiz edilib və şaquli qalxma və enmə qabiliyyətinə malikdir. Uçan avtomobilin maksimal sürəti 100 km/saat, uçuş məsafəsi isə 15 km olacaq.

Uçan avtomobil 2026-cı ildə satışa çıxmalıdır. Bundan əvvəl avtomobil sertifikatlaşdırma və digər zəruri prosedurlardan keçməlidir.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir