Dünya

Amerikalı bloqer Mayk Taysonla döyüşəcək – FOTO

Sharing is caring!


Məşhur amerikalı bloqer və boksçu Ceyk Pol növbəti döyüşünü əfsanəvi Mayk Taysona qarşı keçirəcək.

Pol bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) məlumat verib.

Mayk Taysonun döyüş üçün müqavilələri artıq imzaladığı da açıqlanıb.

Döyüş boks qaydalarına əsasən keçiriləcək və iyulun 20-də baş tutacaq.

Xatırladaq ki, Mayk Tayson sonuncu dəfə rinqə 28 noyabr 2020-ci ildə çıxıb. Onun rəqibi kiçik Roy Cons olub. Döyüş hər biri iki dəqiqə olmaqla səkkiz raund davam edib və heç-heçə başa çatıb. Ceyk Pol, öz növbəsində, sonuncu dəfə 2024-cü il martın 3-də Rayan Bourland ilə döyüşüb. Döyüş Ceykin ilk raundda nokautla qalib gəlməsi ilə başa çatıb. Onun aktivində doqquz qələbə və bir məğlubiyyət var.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir