Dünya

ÇL-in 1/4 finalına vəsiqə qazanan “Real Madrid” “Bavariya”nın rekorduna yaxınlaşdı

Sharing is caring!


İspaniyanın “Real Madrid” klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Leypziq”lə matçda sərfəli nəticə qazanaraq (1:1, ilk oyun – 1:0) Avropanın ən nüfuzlu klub turnirinin 1/4 final mərhələsinə yüksəlib.

Beləliklə, “Real” tarixində 21-ci dəfə Çempionlar Liqasının 1/4 finalına yüksələn ikinci klub olub.

Bu göstəriciyə görə, madridliləri yalnız “Bavariya”(Münhen) qabaqlayır. Almaniya klubu tarixində 22 dəfə bu uğura imza atıb.

Məlumat üçün əlavə edək ki, qeyd olunan göstəricidə üçüncü yer İspaniyanın digər təmsilçisi “Barselona”ya məxsusdur. Kataloniya klubu tarixində 18 dəfə Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazana bilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir