Dünya

Dayanacaqda avtobus gözləyən məktəblilər güllə yağışına tutuldular: Filadelfiyada qorxunc hadisə – VİDEO

Sharing is caring!


ABŞ-nin Filadelfiya şəhərində dayanacaqda avtobus gözləyən orta məktəb şagirdləri güllə yağışına tutulublar.

Bu barədə yerli polis idarəsindən məlumat verilib.

Bildirilib ki, 15-17 yaş arasında səkkiz məktəbliyə 30-dan çox atəş açılıb. Yaralılardan birinə doqquz güllə dəyib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qalan yaralıların – altı oğlan və bir qızın vəziyyəti stabildir.

Polis atəş açan üç naməlum şəxsin axtarışlarına başlayıb.

Yerli medianın məlumatına görə, bu, Filadelfiyada avtobus dayanacağında dörd gündə dördüncü atışmadır, onlardan üçü ölümlə nəticələnib. Bir gün əvvəl analoji hadisə zamanı 17 yaşlı oğlan həlak olub, daha dörd nəfər – iki azyaşlı və iki yetkin qadın yaralanıb.

Mənbə: RBK

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir