Dünya

Zatulin: “Məsələ “Zvartnots”la məhdudlaşmayacaq”

Sharing is caring!


“Ermənistan hökuməti nümayişkaranə şəkildə Rusiya ilə əlaqələri pozur”.

Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

“Ermənistan hökuməti nümayişkaranə şəkildə Rusiya ilə əlaqələri kəsir, səbəb axtarır, bir addım ardınca başqa addım atır. Bu, onların siyasətinə uyğundur. Düşünürəm ki, məsələ “Zvartnots”la məhdudlaşmayacaq. İndi nə deyirlərsə desinlər, bizim xəbərdarlıq etdiyimiz məsələni tədricən həyata keçirirlər. Bu, KTMT-dən çıxmaqdır ki, o zaman da Gümrüdə bazanın olması məsələsini qaldıracaqlar”, – Zatulin bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, “Zvartnots” hava limanında Ermənistan sərhəd qoşunları xidmət etməlidir.

“Ermənistanın bu məsələdə dəqiq mövqeyi var və bu barədə Rusiyaya rəsmi məktubla məlumat verilib”, – deyə o bəyan edib.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir